• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 10.04.2017 14:06

Sərxoş kişi su ilə sirkə turşusunu səhv saldı

KepezTV Player

Tovuz rayon sakini sirkə turşusundan zəhərlənib. 33 yaşlı Elçin Mustafayev zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, Mustafayev sərxoş vəziyyətdə su əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib. Fakt araşdırılır.

Zülfiyyə Telmanqızı