• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1553
— 12.10.2023 09:04

Azərbaycan millisi növbəti dəfə Qazaxıstana uduzub

KepezTV Player

Futzal üzrə Azərbaycan millisi Dünya Çempionatı-2024-ün elit mərhələsində növbəti oyununu keçirib. A qrupunda yer alan yığma IV turda Qazaxıstanla üz-üzə gəlib. Beş gün əvvəl Bakıda rəqibinə uduzan Vitali Borisovun baş məşqçi olduğu komanda bu dəfə də məğlubiyyətlə üzləşib.

Astanada reallaşan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Amadeu və Everton Kardoso fərqlənib. Qazaxıstan seçməsi 12 xalla qrupun lideridir. Borisovun rəhbərlik etdiyi kollektiv 3 xalla üçüncü pillədə qərarlaşıb.