• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1136
— 12.10.2023 08:28

"Azərbaycanın Ermənistana qarşı müharibə etmək niyyəti yoxdur"

KepezTV Player

Azərbaycanın Ermənistana qarşı müharibə etmək niyyəti yoxdur. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radiofrance”a müsahibəsində deyib.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyir. "Əgər Ermənistan sülhün və sabitliyin bərqərar olması üçün səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq" - deyə xüsusi nümayəndə bildirib. Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsində ölkələrin ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz sadiqliyini bir daha təsdiq edəcək. Elçin Əmirbəyov onu da əlavə edib ki, Qarabağın erməniəsilli sakinləri dinc yanaşı yaşamaq üçün hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər.