KepezTV Player
Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət və yaradıcı sənayelərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilib. Vurğulanıb ki, Azərbaycanda yaradıcı sənayenin geniş inkişaf perspektivləri var və tarixən ölkəmizin ayrı-ayrı regionlarında insanlar dulusçuluq, xalçaçılıq, miniatür sənəti kimi sahələrə böyük maraq göstəriblər. Tədbirdə səsləndirilən maraqlı fikirlərdən biri də Azərbaycanda kreativ sənaye sahəsində fəaliyyət göstərən sahibkarların vahid reyestrinin yaradılması ilə bağlı olub. İncəsənətlə, yaradıcılıqla məşğul olan şəxslərin mədəniyyət və yaradıcı sənayelərin dəstəklənməsi üzrə təklifləri dinlənilib.
Pərvin Abbaszadə
- Baxış: 269