• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 11.10.2023 19:22

ATƏT–də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub

KepezTV Player

ATƏT–də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub. Ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb. 44 günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırıldığını qeyd edən səfir bunu rəsmi İrəvanın sülh ritorikasında riyakarlığının göstəricisi kimi dəyərləndirib. Ermənistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son iki ildə 300-dən çox azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan Elşad İsgəndərov yalnız lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib.