KepezTV Player
Vətən müharibəsi zamanı Gəncədə şəhid olan mülki sakinlərin xatirəsi anılıb. Şəhər İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, idarə və təşkilat rəhbərləri İkinci Qarabağ Müharibəsi zamanı şəhid olan mülki şəxslərin həlak olduğu yeri ziyarət edib. Burada şəhidlərin ruhuna dualar oxunub, dağıntılar olan hissəyə güllər düzülüb. Şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Müharibə dövründə ermənilərin Gəncəyə atdığı raket zamanı dinc sakinlər şəhid olub, yaralanıb eləcə də, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
- Baxış: 237