• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 11.10.2023 11:27

XİN: İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub

KepezTV Player

Qəzzadan edilən hücumlarda ölən israillilərin sayı 1200-ü keçib, 3418 insan yaralanıb. İsraildə HƏMAS-ın hücumları nəticəsində Azərbaycan-İsrail vətəndaşı Elkin Nəzərov həlak olub. Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə deyib ki, ölənlər arasında ölkəmizdən İsrailə köçmüş yəhudiəsilli 3 İsrail vətəndaşı - Şamil Abbasov, Emin Axundov, Roman Qandel də var. 

"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik". Bu paylaşımla Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

Bu arada İsraildə hakim koalisiya və müxalifət nümayəndələri Qəzza zolağı ətrafında davam edən döyüşlər fonunda milli birlik hökumətinin yaradılması barədə razılığa gəliblər. Bu barədə yerli media məlumat verib. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə qəfil hücum edib. Hücumlarda ölən israillilərin sayı 1200-ü keçib, 3418 insan yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Az vaxtda İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.