• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 11.10.2023 10:22

Son dövrlərdə insanlar arasında yadlaşmanın səbəbi nədir?

Gündəlik həyatımızda ən çox müşahidə etdiyimiz bir fakt var: Qohumlar, qonşular, dostlar arasında gediş-gəliş, isti münasibət getdikcə soyuyur və insanlar bir-birindən uzaqlaşırlar. Sosial şəbəkələrin gündəlik yaşayışımıza sürətlə və sərhədsiz daxil olmağı, bəzən dinamik və yorğun günün sonunda sadəcə öz evimizə gedib, sakit bir şəkildə istirahət etmək istəyi zaman keçdikcə bizi ətrafımızdakı insanlardan uzaqlaşdırmağa gətirib çıxarır. Ortaya isə belə bir sual çıxır: İnsanların uzaqlaşmasına səbəb nədir? Əvvəllər iş az, vaxt isə çox idimi? Sizə xoş olsun deyə əllərindən gələni edənlərin, zaman keçdikcə sizdən uzaqlaşmalarına və həyatınızda baş verənlərə əhəmiyyət verməmələrinə səbəb nədir?

İsmayıl Abbas- Yazıçı, publisist: Biz keçmişə baş vursaq görərdik ki, texnologiyanın belə də inkişafı yox idi. İnsanların əksəriyyəti hər hansısa filmin baxışından sonra bir yerə toplaşıb, film haqqında söhbət aparardılar, araşdırardılar. İnsanlar tez-tez bir-birinin yanına gedərdilər.

Bu gün müasir texnologiyanın inkişafı uzaq məsafələri yaxınlaşdırsa da, yaxın məsafələri uzaqlaşdırır. Yaxınlarımıza zaman ayırmaq üçün sanki bir qədər tənbəllik edirik. Bu da insanlar arasında yadlaşmaya, münasibətlərin korlanmasına gətirib çıxarır.

Necə deyərlər: Sevinc paylaşdıqca çoxalar, dərd paylaşdıqca azalar. Sevincimizi və dərdimizi paylaşacaq əzizlərimizə və doğmalarımıza bir çay süfrəsi qədər yaxın olmaq diləyi ilə.

Xuraman Ağayeva

ƏTRAFLI...