KepezTV Player
Azərbaycan Ukraynaya elektrik paylayıcı şəbəkələrin bərpası üçün avadanlıq göndərməyi planlaşdırır. Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko ilə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdalıyevin görüşündə deyilib. Qaluşenko Azərbaycana Ukraynanın enerji sektoruna göstərdiyi və xüsusən ötən qış Ukraynanın enerji sistemini dəstəkləməyə kömək etmiş yardıma görə minnətdarlıq edib. Ukraynanın Azərbaycandan enerji sektoru üçün 50 ehtiyat elektrik stansiyası və 45 güc transformatorundan ibarət 10 humanitar yardım aldığı da qeyd edilib.
- Baxış: 209