• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 11.10.2023 08:54

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrlə bağlı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib. Qonaq Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra əlaqələrin daha da genişləndiyini məmnunluqla vurğulayıb. Dövlətimizin başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirib, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb.