• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 10.10.2023 19:50

Gəncə boksçusu mərhələ adlayıb

KepezTV Player

Monteneqronun Budva şəhərində boks üzrə keçirilən Avropa Kuboku davam edir. 29 ölkədən 156 idmançının qatıldığı yarışın 3-cü günündə Azərbaycan yığmasının üzvlərindən Nəbi İsgəndərov rinqə çıxıb. Gəncə boks məktəbindən məşqçi Turqay Əliyevin yetirməsi çıxış etdiyi 67 kq çəki dərəcəsində ispaniyalı idmançı Adrian Krusla qarşılaşıb. Və rəqibinə qalib gəlib. Bununla da Nəbi 1/4 finala yüksəlib.