• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 10.10.2023 15:54

ANAMA sahə əməkdaşlarına təlim keçib

KepezTV Player

Minatəmizləmə Agentliyinin təlimatçıları sahə əməkdaşlarına Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən birinci səviyyəli “Partlayıcı sursatların zərərsizləşdirilməsi” təlimi keçib.  Bu barədə ANAMA-dan bildirilib. Qeyd olunub ki, təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, partlayıcı maddələrlə tanışlıq, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir. ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi və kadr potensialının gücləndirilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan təmizləmə əməliyyatlarının gedişatında mühüm rol oynayır.