KepezTV Player
Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını başa vurub. 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Eden Azar İngiltərənin "Çelsi" klubundakı çıxışı ilə yadda qalıb. Daha sonra İspaniya "Real"ına keçən oyunçu zədələrə görə burada möhkəmlənə bilməyib. Belçikalı yarımmüdafiəçi 2019-cu ildə London təmsilçisinin heyətində final matçı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasını qazanıb. 2013-cü ildə də "zadəganlar"la eyni titula sahib çıxan Azar iki dəfə İngiltərə Premyer Liqasının, Madrid klubu ilə iki dəfə La Liqanın və bir dəfə Çempionlar Liqasının qalibi olub.
- Baxış: 229