• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 09.10.2023 15:42

Avarçəkənimiz dünya ikincisi olub

KepezTV Player

Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib. Diana Dımçenko təsnifat mərhələsində 4000 metr məsafəyə yürüşdə finişə birinci çatıb. Bununla da Diana əsas final olan A finalına vəsiqə qazanıb. Həlledici yürüşdə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko finalda yalnız irlandiyalı rəqibindən geri qalaraq gümüş mükafata layiq görülüb. O, 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə Dünya çempionatında da 2-ci yeri tutub.