• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 09.10.2023 09:32

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar

KepezTV Player

Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanda keçirilən “Plovdiv kuboku”nda qızıl medal qazanıb. İdmançı fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında gümüş medala sahib çıxıb.