• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 08.10.2023 21:17

"Sumqayıt" "Kəpəz"i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. Günün ilk matçında "Sumqayıt" "Kəpəz"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin heyətində 62-ci dəqiqədə Roi Kehat fərqlənib. Bu nəticədən sonra xallarının sayını 11-ə yüksəldən "Sumqayıt" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. Gəncə klubu 5 xalla sonuncu-10-cu sıradadır.