• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 07.10.2023 19:32

"Gəncə" debütə hazırlaşır

KepezTV Player

Gələn ay qadınlardan ibarət voleybol komandaları arasında Azərbaycan Super Liqası start götürəcək. "Gəncə" klubu da ilk dəfə olaraq bu yarışda iştirak edəcək. Kollektiv çempionata ciddi hazırlaşır. 

“Gəncə” məşqlərə sentyabr ayının ortalarından başlayıb. Komanda gündə iki dəfə məşq edir. Səhərlər fitnes, axşamlar isə voleybolçular topla çalışırlar. Kollektiv hazırlığını Gəncə Olimpiya İdman Kompleksində keçir. 

Serqey Çesnoviçkiy- komandanın baş məşqçisi: “Avqust ayından bir araya gəlmişik, yeni komanda formalaşır. Məşqlər yüksək səviyyədə keçir. Gözləntilərimiz olduqca yüksəkdir”.

Nərmin Fərəcova- komandanın kapitanı: “Məşqlərimiz çox çətin keçir. Hamımız bərk yoruluruq. Elə də olmalıdır. İnşallah, nəticələrimiz göz qabağında olacaqdır”.

İlk dəfə superliqada iştirak edəcək komandanın heyətində legionerlər üstünlük təşkil edir.  Onlardan 8-i rusiyalı, biri braziliyalı digər biri isə serbiyalıdır. 

Fernanda de Souza Melo-  Brazilyalı voleybolçu: “İlk dəfədir Azərbaycandayam. Ab-hava çox yaxşıdır. Qızlarla çox yaxşı məşqlərimiz gedir. Biz səbrsizliklə çempionatın başlamasını gözləyirik”.

Anastasiya Salina- rusiyalı voleybolçu: “Bir çox ölkələrdə oynamışam. İndi Gəncədə çıxış edəcəm. Yaxşı nəticə üçün çalışacağıq”.

Super liqanın puşkatması gələn həftə keçiriləcək. Yarışda 6 komanda iştirak edəcək. Bu  komandalardan da beşi Bakını təmsil edir. 

Elnur Vahidoğlu