• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 07.10.2023 14:52

Azərbaycan Səudiyyə Ərəbistanının DÇ-2034-ə ev sahibliyi etmək təklifini dəstəkləyir

KepezTV Player

Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifini dəstəkləyir. Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib ki, adıçəkilən ölkənin mundialı qəbul etmək üçün kifayət qədər təcrübəsi var: “İnanırıq ki, dünya çempionatı Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və onların futbola köklü həvəsləri var”., - deyə Nazirlikdən qeyd edilib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin DÇ-2034-ü qəbul etmək istədiyini açıqlayıb.