• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 06.10.2023 12:17

"Sərhəd təhlükəsizliyinə qarşı istənilən təhdidin qarşısı qətiyyətlə alınır"

KepezTV Player

"Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır. Sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq". Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində belə deyib. Elçin Quliyev 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat zamanı PUA-larla düşmənə vurulan zərbələrin detallarını da açıqlayıb. Bildirib ki, döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edilib.