• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 04.10.2023 20:15

Dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək

2030-cu ildə baş tutacaq futbol üzrə Dünya Çempionatı 3 qitədə baş tutacaq. Cənubi Amerika, Avropa və Afrikanın 6 ölkəsinə belə şans yaradılıb. Yarışa İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək, ancaq ilk 3 matç Uruqvay, Argentina və Paraqvayda reallaşacaq. FİFA 1930-cu ildə Uruqvayda keçirilmiş ilk mundialın 100-cü ildönümünü bu şəkildə anacaq.