• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2037
— 04.10.2023 09:00

Xoşbəxt Yusifzadə vəfat edib

KepezTV Player

Görkəmli neftçi-alim və geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə ömrünün 94-cü ilində vəfat edib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva görkəmli alimin vəfatı ilə bağlı nekroloq imzalayıb, vida mərasiminə əklil göndəriblər. Xoşbəxt Yusifzadənin vəfatı Azərbaycan ictimaiyyətinə ağır itkidir. Ömrünün böyük hissəsini neft-qaz sənayesinin tətqiqinə və inkişafına həsr edən dəyərli alim, Azərbaycanın mühüm neft və qaz konkraktları ilə bağlı danışıqlarda aktiv iştirak edib. 

Milli Elmlər Akademiyasının sabiq prezidenti Akif Əlizadə : Azərbaycan nefti bu gün Avropayacan çatıb Azərbaycan nefti bu gün iri addımlarla irəliləyir Azərbaycan neftinin bugünləri sədası uzaq ucqar yerlərdən gəlir yəni bütün bunlarda Xoşbəxt müəllimin həm zəkası həm onun zəhməti onun fəaliyyətinin nəticəsi kimi mən bu günləri dəyərləndirə bilərəm onun zəhmətini ulu öndər gözəl dəyərləndirmişdi o demişdi ki Xoşbəxt kimi Azərbaycan Xəzər neftini bilən başqa bir kəs yoxdur.
 

 Akademik Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunub.Dəfndə mərhumun ailəsi, yaxınları ilə yanaşı, bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.