• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 02.10.2023 09:05

"Qarabağda etnik təmizləmə və soyqırım həyata keçirilmir"

KepezTV Player

Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib. Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib. "Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər", - H.Hacıyev vurğulayıb.