Azərbaycanın Xarici İşlər Nazirliyi erməni radikal qruplaşmalarının ABŞ-ın Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücümu ilə bağlı bəyanat yayıb. Bəyanatda, sentyabrın 29-da ABŞ-ın Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınanılıb. Həmçinin 30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyi olduğu vurğulanıb. Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.
- Baxış: 61