• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 29.09.2023 15:47

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başlayıb

KepezTV Player

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Agentlikdən verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da Azərbaycanın nəzarətinə keçib. Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir. Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının, ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.