• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 28.09.2023 14:08

Məktəbli maraqlı fotosu ilə gündəm oldu

KepezTV Player

Son günlərdə maraqlı  fotosu ilə sosial şəbəkələrdə ölkənin gündəmində oldu. Söhbət, Samux rayonunun Çobanabdallı kənd sakini Arzu Qədimovdan gedir. Həsən bəy Zərdabi adına tam orta məktəbin 6-cı sinif şagirdini biz də tanıyaq. 

11 yaşlı məktəblinin maraqlı fotosu sentyabrın 24-ü yaşadığı Çobanabdallı kəndində yerləşən həyətlərində qoyunları yemləyən zaman çəkilib. Arzu Qədimov bir əli ilə heyvanları yemləyir, digər əlində kitab tutaraq bilik alır. Məktəb müəllimləri söhbət zamanı bildirdi ki, Arzu məktəbin nümunəvi şagirdlərindən biridir, özü də çox istedadlıdır.

Elnurə Abbasova- müəllimə: “Arzu demək olar ki, bütün məktəbə nümunə kimi göstərə biləcəyimiz bir şagirddir. Arzu bilikli, bacarıqlı həm də tərbiyəsi ilə seçilən şagirddir. Bunu tək mən yox, bütün müəllim koillektivi, şagird kollektivi də bilir ki, Arzu nümunəvi şagirddir və biz Arzu ilə fəxr edirik. İnşallah Arzunun uğurlarının daha çox davamı olar və biz də uğurlarına baxıb, sevinərik”.

Fotoya baxanda aydın olur ki, məktəbli qoyunları otararkən dərslərini də oxuyur. Çəkiliş zamanı balaca qəhrəmanımızla söhbətləşdik. Söhbət əsasında məlum oldu ki, foto çəkiləndə onun xəbəri olmayıb və inşa mətnini oxuyurmuş.

Arzu Qədimov- şagird: “Bu şəklimi mənim anam təsadüfən çəkmişdi. Mən burada dərs oxuyurdum və o da “status”unda paylaşmışdı və bunu görən direkrotumuz Arzu Kərimov məktəbin səhifəsində paylaşmışdı. Beləliklə, mənim şəkilim sosial şəbəkələrdə yayıldı. İnşa mətni oxuyurdum. İnşa mətnində Vasif adlı bir uşaq 6-cı sinifdə oxuyurdu. Onun arusu fermer olmaq idi”.

Valideynlərinin sözlərinə görə Arzu dərslərində çalışqandır, hər fürsətdə kitab oxumağa çalışır. Yəni, qoyunlarını yemləyərkən dərslərini oxuması adi haldır. Ona görə də fotonun bu qədər maraq yaradacağını gözləmədiklərini deyir. 

Azər Qədimov- Arzunun atası: Təsadüf nəticəsində uşaq burda dərsini hazırlayarkən anası tərəfindən bu şəkil çəkilmişdi. Bu şəkil də məktəb direktorunun xahişi ilə sosial şəbəkələrdə yerləşdirilib və uşaq məşhurlaşıb”.

Zeynəb Qədimova- Arzunun anası: “Oxuyan şagirddir və heç vaxt məcbur etməmişəm ki, sən dərslərinlə məşğul ol. Özündə həvəs var, məsuliyyət var. O da gördüm, oturub burda heyvanlarla məşğul olduğu yerdə dərsini oxuyur. Təsadüfən belə şəklini çəkmişəm”.

Həsən bəy Zərdabi adına Çobanabdallı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi olan Arzu Qədimov Lütfizadə adına məntiq olimpiadasında Samux rayon birincisi olub.

Pərvin Abbaszadə