KepezTV Player
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib. Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb. Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.
- Baxış: 165