• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 22.09.2023 16:20

ADAU-da beynəlxalq konfrans başlayıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu və EGE Universiteti ilə birlikdə beynəlxalq konfrans öz işinə başlayıb. "6-cı Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri" adlı müzakirələrdə əsas məqsəd dünyada kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə elmi nailiyyətlər əldə etmiş alimlərin birgə əməkdaşlıq etməsidir. Mövzunun aktuallığından danışılaraq ölkə əhalisinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətinə diqqət çəkilib. Eyni zamanda təşkil olunan bu cür tədbirlərin universitetlər arasında qarşılıqlı mübadilə baxımından böyük rola malik olduğu vurğulanıb. Beynəlxalq konfrans 2 gün davam edəcək.