KepezTV Player
“Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi”. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı: "Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb. Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular.", - deyə Hikmət Hacıyev qeyd edib.
- Baxış: 151