• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 20.09.2023 15:58

MN tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etmək tövsiyə edilir

Nazirliyin məlumatına görə, lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan tərəfi mütəmadi olaraq müxtəlif məzmunlu yalan məlumatlar yayıb. Anar Eyvazov qeyd edib ki, ictimaiyyətə, media mənsublarına və sosial media istifadəçilərinə qarşı tərəfin dezinformasiyalarına əhəmiyyət verməmək və Müdafiə Nazirliyi tərəfindən paylaşılan rəsmi məlumatlara istinad etmək tövsiyə edilir.

  MN vətəndaşlara çağırış edib: "Yardım çağırışlarına reaksiya verməyin" 

"Bundan başqa diqqətinizə çatdırmaq isəyirəm ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırışlar edilir. Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaqla pul və ərzaq istənilir. Müdafiə Nazirliyi rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Bildirirəm ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın daha da yaxşılaşdırılması üçün bütün zəruri işlər görülüb, bölmələrimizin istənilən şəraitdə normalara uyğun və fasiləsiz təminatı istiqamətində zəruri tədbirlər planlı şəkildə həyata keçirilir" - deyə xidmət rəisi bildirib.