• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 17.04.2017 12:51

Qəzalarda 8 nəfər xəsarət aldı

KepezTV Player

Ani diqqətsizlik, yaxud elə çarəsiz olacaqlar. Nəticəsi isə yol qəzası... Bu dəfəki hadisələrin ünvanı Şəmkir, Tovuz və Abşeron olub. Ümumilikdə 8 nəfər xəsarət alıb.

Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib. Məlumata görə, qəza yolun 13-cü km-də qeydə alınıb. “Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin, Şəmkir rayon Morul kənd sakini, 58 yaşlı Zeynəb Salmanova və 54 yaşlı Xanım Sadıqovanın vəziyyəti orta-ağır, digər iki nəfərin vəziyyəti isə normal qiymətləndirilir. Daha bir qəza Tovuz şəhərində olub. “Mercedes” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Aşağı Öysüzlü kənd sakini 59 yaşlı Arif Həsənov və onun həyat yoldaşı, sərnişin, 56 yaşlı Səidə Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil yol ayrıcına çırpılaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onlar ətrafdakıların köməkliyi ilə çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Bütün faktlarla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı