• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 19.09.2023 19:43

İmtiyazlı kateqoriyadan olanlara mənzillər verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Gəncədə 65 mənzil təqdim edib. MİDA-nın şəhərdəki yaşayış kompleksində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev bu kateqotiyadan olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib. Bu gün Bakı və Gəncədə, Abşeronda təqdim edilən 100 mənzil də daxil olmaqla bu il 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.

Hidayət Abdullayev- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini: “Ümumiyyətlə bu il də cənab prezidentin tapşırığına uyğun olaraq 500 mənzil və fərdi evlərin verilməsini həyata keçirməliyik. Artıq 800-ə yaxın mənzil və fərdi ev öz sahiblərinə təqdim edilib. Bu gün iştirak etdiyimiz bu tədbir də bu silsilədəndir”.

Sabir Əliyev- şəhid atası: “Şəhid Əliyev Üzeyir küçəsində yaşayıram hal-hazırda. Oğlumun adını öz küçəmizə veriblər. Müddətdən artıq hərbi xidmətdə olubdur. 44 günlük Vətən Müharibəsində. Murovdağ istiqamətinin alınmasında iştrak edib”.

Emil Qurbanov- qazi: “Dövlət tərəfindən 2 otaqlı mənzillə təmin olundum. Bunun üçün Ali baş komandan cənab prezidentə və dövlət rəhbərliyinə şəhid və qazi ailələrinə diqqət və qayğı göstərdiyinə görə öz təşəkkürümü bildirirəm”.

Ələkbər Rzayev- qazi: “Bugünkü gündə çox sevindik ki, 2 otaqlı mənzillə təmin olunduq. Qazi olaraq bildirmək istəyirəm ki, bunların hər birisini şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin!”