• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 19.09.2023 16:51

Antiterror tədbirlərini labüd edən mina terroru

KepezTV Player

Antiteror tədbirlərini labüd edən səbəblərdən biri də Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı qalıqlarının müxtəlif vaxtlarda terror-diversiya aktları, silah-sursat daşınması olub. Bununla bağlı Azərbaycan dəfələrlə bəyan edib ki, vəziyyətin belə qalması, Azərbaycan ərazisində, Qarabağda separatçıların, cinayətkar rejimin, xuntanın mövcudluğu, qanunsuz erməni birləşmələrinin olması gərginlik mənbəyidir. Regiona sülh, əminamanlıq gətirmək, təhlükəsizliyi və digər məsələləri təmin etmək üçün bu problem aradan qaldırılmalı, onlar zərərsizləşdirilməlidir. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülmədi. Əksinə son günlər ard-arda qeydə alınan təxribatlara gətirib çıxardı. Bu gücə törədilən 3 terror aktında ümumilikdə 12 vətəndaşımız dünyasını dəyişdi.