• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 19.09.2023 16:00

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus atəş nöqtələri məhv edilib

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri və hərbi təyinatlı obyektlər bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Bu barədə Müdafiə Nazirliyi görüntü yayıb.

Ermənistan silahlı qüvvələri birləşmələrinin döyüş vasitələri məhv edilir

Nazirlikdən Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilməsinin görüntüləri paylaşılıb.

“Tor” zenit-raket kompleksi məhv edilib

Azərbaycanın silahlı qüvvələri tərəfindən Xankəndidəki qanunsuz erməni silahlı birləşmələrinə aid TOR zenit-raket kompleksinin məhv edilməsinin görüntülərini də təqdim edirik.

“Mortira” RMS-in məhvedilmə görüntüləri

Antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Mortira” radioelektron mübarizə stansiyası məhv edilib.

Ermənistan silahlı qüvvələrinin 4-cü atıcı briqadasına sarsıdıcı zərbə endirilib

Ermənistan silahlı qüvvələrinin Xankəndi-Xocalı yolunun yaxınlığında yerləşən 4-cü atıcı briqadasına sarsıdıcı zərbə endirilib.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib

Bu gün Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.