• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1402
— 18.09.2023 20:02

Ağdam – Xankəndi yolunun açılması separatçıların yolunun sonudur

KepezTV Player

Azərbaycan səbrlə, ağıllı şəkildə Qarabağla bağlı istəklərinə addım-addım nail olur. Artıq əzəli torpağımız olan Xankəndinə qovuşmağımızın astanasındayıq. Separatçı rejimin ölkəmizin siyasi iradəsi qarşısında tab gətirməyərək Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınmasına razılıq verməsi Xanın kəndinə gedəcəyimiz günün lap yaxında reallaşacağını göstərdi.

Azərbaycanın təkidlə erməni vətəndaşlarımıza humanitar yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə göndərmək istəyi reallaşdı. Bu, diqtə edən tərəfin Azərbaycan olduğunu və heç bir qüvvənin buna qarşı çıxa bilməyəcəyini bir daha sübut

Siyasi şərhçinin fikrincə ölkəmiz bu uğurun ardınca daha böyük addımlar atacaq və erməni vətəndaşlarımızı separatçı xuntanın əlindən xilas etməklə qondarma rejimə ağır zərbə vuracaq.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Ağdam-Xankəndi yolunun işə düşməsini erməni vətəndaşların Azərbaycan qanunlarına tabe olmaqla separatçılara qarşı çıxmaları kimi dəyərləndirib.

Ağdam-Xankəndi yolunun açılması Vətən müharibəsindən bu yana Azərbaycanın addım-addım, səbrlə irəlilədiyini bir daha göstərir. Hansı ki, bu yol bizi Xankədinə və digər torpaqlarımıza doğru aparır. İlin sonunadək isə ölkəmiz daha böyük zəfərlərə imza ataraq 21-ci əsrdə gələcək nəsillər üçün tarix səhifələrinə silinməz bir iz qoyacaq.

Orxan Cəfərzadə