Bakının Heydər Əliyev prospektində "Suzuki" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən orta yaşlı kişini vurub. Bu zaman digər nəqliyyat vasitəsi - "Toyota" markalı avtomobil piyadanın üzərindən keçib. Qəza nəticəsində piyada hadisə yerində ölüb. Qəza törədən sürücülər saxlanılıblar. Fakt araşdırılır.
- Baxış: 253