• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 15.09.2023 13:45

Gəncədə təmirdən çıxan orta məktəb istifadəyə verilib

KepezTV Player

Gəncədə bilik günü münasibəti ilə Nizami Gəncəvi adına 11 nömrəli orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. 62 ildir fəaliyyət göstərən təhsil ocağında indiyə kimi heç bir əsaslı təmir işləri aparılmayıb. 950 şagird yerlik olan təhsil ocağı 4 mərtəbəlidir. Təmirdən sonra burada 2 informatika otağı, fizika, kimya, biologiya fənnlərinin tədrisi üçün otaqlar yaradılıb. Ümumilikdə Gəncənin orta ümumtəhsil məktəbləri üzrə 45 min 376 şagird məktəbə gedib ki,  bunlardan da 3757 nəfəri birinci sinfə qədəm qoyur.