Taciyə Mehdisoy- Ailə psixoloqu: “Əgər ailə büdcəsinin planlaşdırılmasında tərəflərin hər ikisi aktiv iştirak edə bilmirlərsə, o zaman tərəflərdən ən çox qərar verməyi bacaran, nəfsini idarə etməyi daha çox öhtəsindən gələn insanlar, büdcənin idarə edilməsində öhdəliyi götürə bilərlər. Ailə büdcəsinin idarə edilməsində, tərəflərin hər ikisinin istəyi nəzərə alınmalıdır. Belə ki, əgər hər iki tərəf işləyirsə, hər ikisi büdcə üçün öz qatqısını verə bilirsə, onların istəklərini də bərabər şəkildə paylaşılması, tərəflər arasında münasibətin gərginləşməməsinə gətirib çıxarır. Sözsüz ki, hər ay müddətində alınacaqlar müəyyən bir xərclər var ki, onlar standartlıq təşkil edir. Əvvəlcə onların məbləği müəyyən qədər kənara qoyulduqdan sonra, sonra şəxsi xüsusiyyətlər və eyni zamanda istəklər nəzərə alınmış olur. Bəzi hallarda büdcəsini rahat idarə etməyi bacarmayan, şəxsi iqtisadi azadlığı olmayan insanlar ailə büdcəsini idarə etdikdə, özü ilə bərabər ailənin də həm büdcəsinə, həm rifahına mənfi təsir etmiş olur. Onun üçün digər qərarlarda belə, tərəflərin ən ağıllı tərəfi, ən çox qərar verdikdə ailə üçün xeyir gətirən tərəfi nəzərə alınması, daha gözəl olar”.
Ailə xoşbəxtdirsə deməli, insan da xoşbəxtdir. Bu xoşbəxtliyin əsas amilərindən biri də maddiyatdır. Təbii ki, bir çox şeyin maddiyatla ölçüldüyü müasir cəmiyyətdə yaşayırıq. Maddiyatın xoşbəxtliyə xələl gətirməməsi üçün, bir neçə əsas prinsiplər var. Bunlardan biri də, ailə büdcəsinin düzgün planlaşdırılmasıdır. Lakin büdcənin idarə edilməsi məsələsi hər bir ailədə individualdır və gəlirlərdən asılıdır. Ona görə də, ailə büdcəsini elə idarə etməliyik ki, hər zaman stabil gəlirlər zəruri xərcləri tam ödəsin. Gəlir nə qədər çox olarsa, büdcə planlaması da ona uyğun şəkildə təşkil edilir.
Emil Salmanov: “Yeni ailə qurduğumuz üçün, evə yeni əşyalar lazım olur. Cavan ailə olduğumuz üçün, bacara bildiyimiz qədər, əylənməyə, gəzməyə daha çox vaxt ayırmağa çalışırıq. Bir də ən çox xərclərimiz, körpəmiz üçün gedir. Təbii ki, kommunal xərcləri də unutmamaq lazımdır. Aylıq gəlirimizin demək olar ki, 20% kommunal xərclərə gedir”.
Firəngiz Salmanova: “Biz pulu ən çox geyim və ərzağa xərcləyirik. Elə bu yaxında mətbəx mebeli yığdırdıq. Hər hansı bir uşaq mağazasının qarşısından keçərkən, vitrində hansısa geyimi bəyənib alırıq, ona da pulumuz çıxır. Bir də ən çox pulu kosmetik vasitələrə xərcləyirəm”.
Deyirlər ki, ailə kiçik dövlətdir. Dövlət kimi ailənin da idarəsi çətin və məsuliyyətli işdir. Ona görə ailə büdcəsini elə planlamalıyıq ki, hər kəsin ehtiyacı ödənilsin.
Günay Əsgərova
- Baxış: 257