KepezTV Player
Daxili İşlər, Gənclər və İdman, eləcə də Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Park Kompleksinin ərazisində “Sağlam bədəndə sağlam ruh” devizi altında kross qaçışı və gimnastika üzrə yarışlar keçirilib. Yarışın məqsədi bədən tərbiyəsi və idmanın təbliğinə, kütləviliyə nail olmaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə marağını artırmaqdan ibarət olub. Mübarizələrə 100-dən çox yeniyetmə qatılıb.
- Baxış: 442