• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 30.08.2022 20:22

30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü

KepezTV Player

Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Bu gün dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunub.Təxminən 30 ildir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi bu günə qədər məlum deyil.

Gəncə sakini 82 yaşlı Sulduz Şabanova 29 ildir oğlu Şöhrətin yolunu gözləyir. Deyir bu illər ərzində elə bir gün olmayıb ki, onun gələcəyinə olan inamı itsin. Gecə-gündüz oğlunu düşünüb, onu axtarıb. Şöhrət Şabanov 1969-cu ildə Gəncə şəhərində doğulub.Vətənin ağır günləri başlayanda bu ağrılara dözməyərək silaha sarılıb və 1992-ci ilin dekabrında döyüşə yollanıb. 1993-cü ilin mart ayında onun itkin düşməsi haqqında ailəsinə məlumat verilib.

Şəfaqət Şabanova Şöhrət Şabanovun həyat yoldaşı: Heç vaxtı qəbullanmaqdıq. Ən çox da anası qəbul etmir. Bəlkədə illər keçdikcə mən qəbullandım ancaq anası qəbul etmir. Yolunu gözləyirik. Mənim oğlum indi-indi həyatı qəbul edir. Balaca vaxtı televizorda hərbiçiləri göstərəndə oturub diqqətlə baxırdı ki,  bəlkə mənim atam ordadır, elə bilirdi. Həqiqətəndə mən özüm çox yerlərə müraciət elədim. Bir xəbər ala bilmədim. Qızıl ayparadan bu yaxınlarda gəldilər. Anasından, oğlundan və məndən analizlər götürdülər. Dedilər toplu məzarlıqlar tapılıb, ola bilər ki, analizlər düz gələr.

Tural Şabanov  Şöhrət Şabanovun oğlu: Bizə meyidi gəlib çıxmayıb. Ona görə də gözləyirik ki, hardansa bəlkə nə isə xəbər gələr. Onun meytini gətirərlər. 30 ildir ki, gözləyirik.

Daha bir soydaşımız, Kəlbəcər rayon sakini Bəşir Qarayev də müharibənin ağrı-acısından zülm çəkib, erməni vəhşiliyinin şahidi olub. 1993-cü ilin mart ayında Kəlbəcərdə tunel adlanan ərazidə 50-ə yaxın hərbçi ilə birgə ermənilər tərəfindən pusquya düşüb. Düşmən həmin gün hərbçiləri öldürüb. Qarayev isə möcüzə sayəsində sağ qalıb və ermənilərə əsir düşüb.

Bəşir Qarayev Kəlbəcər sakini: Nəinki atamı bütün hamını gözümün qabağında güllələdilər. Sonrada rəhmətə gedənlərin hamısını yandırdılar. Təkcə mən qalmışdım. Mən də müqavimət göstərə bilmədim və məni tutdular. Tutandan sonra məni Şuşa türməsinə apardılar. 3 il 2 ay Şuşa türməsində yatmışam. Şuşa türməsində olmazın zülümlər verirdilər. 1996-cı ildə bizi dəyişdilər. Şükürlər olsun ki, tökülən qanlar yerdə qalmadı. 30 illik həsrətimizə son qoydular. Biz artıq dədə-baba yurdumuza gedib gəlirik.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Elə həmin zaman başlanan ordumuzun əks-hücum əməliyyatlarına qoşulan oğullardan biri də Bayram Kərimov idi. Könüllü cəbyə yollanan Bayram düşmənin canlı qüvvələrinin, texnikalarının məhv edilməsində iştirak edib.  Şuşa ətrafında gedən döyüşlərin birində isə yaralanaraq əsir düşüb.

Bayram Kərimov Gəncə sakini: Əməliyyat otağına saldılar. Nə sistem qoşdular, nə də narkoz verdilər. Qolumu bağladılar və sonra əməliyyat elədilər. O qədər ağrı, əzab verirdilər ki, onu dildə demək asandı Allah heç kimə göstərməsin. Ürəyim getmək istəyəndə burnuma nə isə iylədirdilər, o qoymurdu ürəyim yatsın. Bizi dekabrın 14-də dəyişdilər. Bakı hava limanına gələndə öz bayrağımızı görəndə sevincimin həddi-hidudu yox idi. Allah heç kimə düşmən əsiri olmağı göstərməsin. Çox çətindi.

Əsirlik həyatı yaşayan bu insanbların dediklərindən bir daha aydın olur ki, Ermənistan nə insan hüquqlarını tanıyır, nə də beynəlxalq normalardan xəbərdardır. İnsan hüquqlarının müdafiəsi prinsipinə riayət edilməsi beynəlxalq münaqişələrin nizama salınması prosesinə təsir edən əsas amillərdən biridir. Beynəlxalq hüquq sənədlərinin əksəriyyətinə "qoşulan" Ermənistan onların şərtlərini kobudcasına pozur. Azərbaycan isə Vətən müharibəsində sərgilədiyi mövqe ilə ədalətə və prinsiplərə daim riayət etdiyini bütün dünyaya göstərmiş oldu.

Telefon bağlantısı: Şair Ramaldanov - hərbi ekspert: Əsirlərlə bağlı 1949-cu ildə konvensiya var. O konvensiyada əsirlərlə necə davranmalı, hərbi əsirlərlə necə davranmalı bu haqqında geni məlumat var. Bizim orduda bizim hərbiçilərimiz həmin o konvensiyanın tələbləri ilə bağlı çox geniş maarifləndirmə işləri aparılır. Bunun nəticəsidir ki, vətən müharibəsində Azərbaycan əsgəri əsirlərlə beynəlxalq normalar çərivəsində davranışı ilə seçilib.

Bəs biz əsir, hərbi əsir və girov anlayışları barədə nə bilirik? Əsir - döyüş əməliyyatlarında iştirak edən hərbçinin və qeyri-hərbçinin sonrakı əməliyyatlarda iştirakına yol verməmək məqsədilə azadlığı məhdudlaşdırılan şəxsə deyilir. Yəni, döyüş əməliyyatlarında ələ keçirilən mülki vətəndaşlar "əsir", Silahlı Qüvvələrdə xidmət edənlər isə "hərbi əsir" adlandırılır.

Telefon bağlantısı: Şair Ramaldanov - hərbi ekspert: Əsir düşənlər çox vaxtı müharibə zamanı əsir düşənlərdi. Onların arasında hərbi əsirlərdə ola bilər, mülki əsirlərdə ola bilər. Yəni müharibə zamanı döyüşlər zamanı əsir düşənlərdi. Girov olanlar əlbətdə bunlar cürbəcür girov tutula  bilər. Bu məsələ daha geniş məsələdir. Girov saxlıyanlar yaxud girov olanlar məqsədi qarşı tərəf üçün istər dövlət işçisi olsun, istərsədə hərbi hərbərlik olsun, istər hər hansı bir qrum olsun ehtiyacı ödəmə  məqsədi ilə yaxud hansısa şərtləri ödəmə  məqsədi ilə müəyyən bir şəxsləri girov saxlaya bilir. Məqsəddə məhz qarşıda qoyulan şərtləri qarşı tərəf yerinə yetirərsə onları sağ sağlamaqla yaxud dəyişməklə nəticələnə bilər.

Vətən müharibəsində 6 nəfər itkin düşüb.1-ci Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların sayı isə 3890 nəfərdir. Onlardan 3171 nəfəri hərbçilər, 719 nəfəri mülki şəxslər olub. itkin düşmüş şəxslərdən 872 nəfər əsir-girov götürülüb. 1480 nəfər əsir və girovluqdan azad edilib. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.