• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 07.04.2018 16:01

Ağdaban faciəsinin qurbanları anılıb

KepezTV Player

Erməni işğalçıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qanlı faciənin 26-cı ildünümü anılıb. Kəlbəcər şəhidlərinin abidə kompleksinin ziyarəti ilə başlayan anım tədbirində erməni seperatçılarının Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımlarından söhbət açılıb. 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində törədilən qanlı cinayət nəticəsində bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, onların amansızlıqla qətlə yetirilməsi, yurdundan didərgin salınması xatırlanıb. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılb, 12 nəfərə xüsusi qəddarlıqla ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb.

Qiyas Alıyev – hadisə şahidi:Mənim döyüş yoldaşlarından 6 nəfəri elə yerindəcə öldürüldü. Mən isə 2 nəfərlə mühasirəyə düşdük. Məndə kürəyimdən ağır yara aldıq. Biz kəndə çatanda gördük artıq kənd yoxdur, dağılıb. Ermənilər hər tərəfdən yeriyib, kəndi işğal ediblər. Körpə uşaqları, qoca qarıları ot tayalarına tullayıb, yandırmışdılar. Çox böyük işgəncələr verdilər bizim kəndə.