• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 30.06.2023 10:31

Qida zəhərlənmələri və günvuma zamanı nə etməliyik?

KepezTV Player

Sağlam qalmağın müxtəlif qaydaları mövcuddur. Həmin qaydalara riayət edən hər kəs mütləq bunun müsbət nəticəsini görəcək. Ancaq bəzən  özümüz də bilmədən səhhətimizdə problemlər yaranır.

Bədənimiz elə qurulmuşdur ki, bədən temperaturu da daxil olmaqla bütün daxili prosesləri mükəmməl tənzimləyir. Belə ki, bədən temperaturumuz yüksələndə tərləmə təbii olaraq artır. İstilikötürmə mexanizmi işləmədikdə, bədənin həddən artıq isinməsi baş verir – həkimlər bu ağrılı vəziyyəti günvurma adlandırırlar. Günvurma, günəş şüalarının uzun müddət insanın başına, birbaşa təması səbəbindən meydana gəlir.

Onu da qeyd etmək lazımdır ki, bu sadəcə günəşin şüaları ilə deyil, qapalı otaq şəraiti, havakeçirməz paltar və fiziki işlə çox məşğul olmaq da, istivurmaya gətirib çıxarır. Elə bu səbəbdən də diqqətli olmağımız şərtdir.

Həssasiyyət və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər. Həkimlərin məsləhəti isə, gün vuran xəstəni kölgəyə və ya sərin bir otağa keçirib, uzadıb, sərin su vermək lazımdır. Fövqəladə hallarda – huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masajı edin. Yaxşı olar ki, isti hava şəraitində rəngli geyinəsiniz və bol su içəsiniz. Yağlı və proteinli qidalardan çəkinin. Çalışın ki, sağlam qidalardan istifadə edəsiniz. Çünki bu vaxtlar qida zəhərlənmələri halları da çox baş verir və demək olar ki, günvurma əlamətləri ilə eynidir. Müalicəsində isə mikrob, həmçinin bakteriya əleyhinə preparatlardan istifadə olunur. Xəstəyə təmizləyici imalə qoyulur. Pəhrizə diqqət yetirilir.

Bütün xəstəliklərə qalib gəlmək üçün əhvalımızı nikbinliyə kökləməyimiz vacib şərtdir. Ancaq sağlamlığımızı düşünüb, bacardığımız qədər düzgün addım atmaq da mühümdür.

Günay Əsgərova