• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 08.05.2022 20:30

Azad Şuşa

KepezTV Player

Şuşanın işğalından 30 il ötmür. Bəli, ötmür. İllərlə işğal tarixini ürəyimiz göynəyərək səsləndirdik. İndi isə Azad Şuşanın sevincini yaşayırıq. Növbəti videomaterialımızda Azərbaycanın tacı Şuşanın necə işğal olunmasından 28 il sonra tarixi ədalətin necə bərpa olunmasınadək olan zaman kıəsiyinə nəzər yetirəcəyik. İzləyək.

1992-ci ilin bu günü Ermənistan Silahlı birləşmələri erməni general Arkadi Ter-Tadevosyanın xüsusi planı ilə Şuşa şəhərini işğal edib. Qüvvələrin qeyri-bərabəliyi, vahid komandanlığın olmaması bu planın icrasını daha da asanlaşdırdı. Azərbaycanın mərd-igid oğulları xüsusi şücaət göstərərək son damla qanlarına qədər döyüşsə də, mayın 8-də Şuşa erməni təcavüzkarlarının əlinə keçdi.Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini işğal etdilər. Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər. Beləliklə, Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

İlham Əliyev Azərbaycan respublikasənın Prezidenti:Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir.

Qeyri-bərabər gücə, haqsızlığa, ədalətsizliyə söykənən Şuşanın işğalını illərdir qonşu dediyimiz, çörəyimizi böldüyümüz ermənilər fəxrlə "Dağlarda toy" əməliyyatı adlandırdılar. Bu yara illərlə ürəyimizi göynətdi. Axı, sənin olan, hər daşında, qayasında tarix yatan bir yer necə özgəsinin tapdağı altında qala bilərdi? Fəryad filmindəki o məşhur səhnədə səsləndirilən cümlələrin ağırlığı altında hər bir azərbaycanlının qəlbi sızlayırdı.

Haqqın nazildiyini, amma üzülmədiyini tarix bizə bir daha sübut etdi. Şuşa İkinci Qarabağ müharibəsində, 2020-ci il 8 noyabrda düşmən işğalından azad olundu. Və bu dəfə igidlərimiz o filmdə ürəyimizi dağlayan səhnələri gülərək yenidən canlandırdılar.

Azərbaycan Ordusu cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldı, döyüş meydanında Zəfər qazandı. Xüsusilə Şuşa əməliyyatı ermənilərə dağlarda toyun necə olduğunu sübut etdi. İgidlərimiz dərələrdən, meşələrdən, cığırlardan, sıldırım qayalardan keçərək Şuşanı azad etdilər.Yüngül silahlarla top və tüfəngin arxasından boylanan düşmənə cəsrət dərsi keçdilər.

İlham Əliyev Azərbaycan respublikasənın Prezidenti: Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.

Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir.

İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik.Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq.

Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. 28 illik işğal dövründə ermənilər tarixi şəhərimizdən azərbaycanlıların izlərini silməyə, köklərini qazımağa çalışdı. Qəbirstanlıqlar belə yerlə-yeksan edildi. Ancaq bu gün artıq azad Şuşamızda üçrəngli bayrağımız dalğalanır, dogma şəhərimizin 30 il öncəki siması özünə qaytarılır.