• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 11.04.2022 12:16

Dneprdə hava limanı dağıdılıb

KepezTV Player

Ukraynanın Dnepr hava limanı tamamilə məhv edilib. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Dnepr vilayəti üzrə sözçüsü məlumat yayıb. Bildirilib ki, sözügedən obyektə 2 dəfə raket zərbəsi endirilib. Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirliyin açıqlamasında qeyd olunub ki, hava limanı dənizdən buraxılan qanadlı raketlərlə vurulub.

Darina Çurkan - Fövqəladə Hallar Xidmətinin Dnepr üzrə sözçüsü: Dneprdə düşmən raketləri hava limanını tamamilə dağıdıb. 100 kvadratmetr sahədə yanğın baş verib. Yanğının söndürülməsi və ilk aviazərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılarkən eyni əraziyə təkrar raket zərbəsi endirilib. Nəticədə altı xilasedici xəsarət alıb, birinin vəziyyəti ağırdır, üçünün orta, daha iki nəfərin vəziyyəti isə yüngüldür. Hazırda ərazidə işlər aparılır. Dnepr vilayətinin Zvonetsk kəndində infrastruktur obyektinə də raket atılıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.