• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 09.04.2022 15:23

Ramazanda düzgün və balanslı qidalanma

KepezTV Player

Ramazan ayında oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəki qidalanmadan tam fərqlənir. Bu ayda balanslı və keyfiyyətli qidalanmaya daha çox diqqət etmək lazımdır. Mütəxəssislər hesab edirlər ki, oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün iftar və imsak süfrələrininin dəyərli qidalarla zəngin olması vacibdir. Ramazan ayında yetərli və keyfiyyətli qidalanmaq zəruridir. Orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağlar yetərli miqdarda alınmalıdır. Oruc tutmağın orqanizmə müsbət təsir etməsi öz təsdiqini tapmış bir faktdır. Ancaq təbii ki, bu halda qidalanma rejiminə diqqət yetirmək çox önəmlidir. Ac-susuz qalmağın bədəni zərərli maddələrdən təmizlədiyini, lakin bu zaman da qida səbətinə ciddi fikir verməyin lazım olduğuna diqqət edilməlidir. Xüsusən də imsakda qidalanmağa.

Ülvi Maçanov - Qastroenteroloq: Diqqət eləmək lazımdır ki, burda balanslaşdırılmış düzgün qidalanmadan istifadə olunsun. Yəni pruc zamanı sahurda və iftarda düzgün qidalanmalıdırlar. Ilk öncə sahurda mütləq qidalanmaq lazımdır. Çünki 14 saat ac və susuz qalmağımızı nəzərə almalıyıq. Yağlı qidalar yemək qətiyyən məsləhət deyil. ən çox proteinli, liftli qidalar qəbul etməyimiz o cümlədən ağartı məhsulları yemək məsləhətdir. Gün ərzində 8-10 stəkana kimi maye xüsusən də su qəbul edilməlidir. Burada diqqət eləməliyik qazlı içkilərin, mayelərin qəbul olunması məsləhət deyil. 

Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluq daha çox hiss olunur. Bu səbəbdən imsaq və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Bu maddələrlə zəngin qidaların çox və ya az qəbul edilməsi də orqanizmə mənfi təsir göstərə bilər.

Ülvi Maçanov - Qastroenteroloq: İftarda isə birdəfəyə çox porsiyanın qəbul olunması məsləhət görülmür. Porsiylardan bir qədər qəbul edib sonra biraz ara verdikdən sonra 2 ci porsiyanı qəbul eləmək daha məsləhətdi. Və iftarda da mədini çox yükləmək olmaz.yenə orada da diqqət etməliyik yağlı qidalar məsləhət deyil. Su maye bol qəbul olunmalıdır.

Oruc tutmağın sağlamlıq üçün faydaları olsa da, bəzi xəstəlikləri olanlara oruc tutmaq tövsiyə edilmir. Çünki bu xəstəliklər zamanı ac və susuz qalmaq xəstələrin sağlamlığına mənfi təsir göstərə bilər. Mütəxəsislər şəkərli diabet, ürək, qan-damar xəstələrinə bu məsələdə ehtiyatlı davranmağı tövsiyyə edir.

Ülvi Maçanov - Qastroenteroloq: Tövsiyyə etmirik əsasən uşaqlara, ahıl yaşlı şəxslərə.O cümlədən mədə 12 barmaq bağırsağında problem olan xəstələrə, orqan çatışmamazlığı olan xəstələrə oruc tutmaq məsləhət deyil.

Nəinki Ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Xüsusilə pandemiya zamanı immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya diqqət etmək lazımdır. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.