Gəncənin tikinti bazarında bütün növ inşaat materiallarına rast gəlmək mümkündür. Bazara gələn alıcı lazım olan materialı ala bilər. Bunun üçün geniş seçim imkanları da var. Necə deyərlər keyfiyyətli materialı ala bilərsiz. Ancaq elə problem almaq istəyərkən meydana çıxır. Bazarda inşaat materiallarının qiymətləri əl yandırır.
Gəncənin tikinti bazarında ən çox qiymət artımı taxtalardı. Belə ki, 2-3 ay bundan əvvəl taxtanın 1 kubu 350-360 manata satılırdısa, indi taxtanın kubu 450 manat olub.
Narahatlıq satıcılar arasında da müşahidə edilir. Necə deyərlə bütün növ inşaat materiallarını alıcıların seçiminə buraxanlar al-verin zəif getdiyini etiraf edilər. Yaranan vəziyyəti xaricdən ixracla bağlı məsələlərdən qaynaqlandığını deyirlər.
Verilən praqnoza görə qiymətlərin ucuzlaşmasını yaxın müddətdə gözləmək real görünmür. Yalnız yerli istehsal olan məhsulların, konkret desək mişar daşının qiyməti dəyişməyib ki, o da alıcılara ədədi 60 qəpikdən təklif olunur.
Elnur Vahidoğlu
- Baxış: 306