• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2102
— 18.03.2022 20:00

Uşaqların icbari dispanserizasiyası aparılır

KepezTV Player

Gəncədə məktəb və məktəbəqədər təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyasına başlanılıb. Həkim briqadalarına pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinalarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislər cəlb edilib. Dispanserizasiya uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələsində aşkar edilməsi məqsədilə keçilir. Tibbi müayinələr zamanı uşaqlarda aşkar olunan xəstəliklər və yaxud sağlamlığın pozulması riski müəyyən edildikdə, uşaqlar dispanser qeydiyyatına götürülür və onlar müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunurlar. Proses tədris ilinin sonuna kimi aparılacaq.