• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 12.01.2022 20:32

Kəlbəcərdə şəhid olan hərbçi dəfn edilib

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

Şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.