• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 25.11.2021 20:41

Dəm qazı kabusundan necə qorunaq?

KepezTV Player

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 1 ailənin 5 üzvi bu səbəbdən xəstəxanaya müraciət edib. Hadisə havaların soyuması ilə bağlı olaraq dəm qazı ilə bağlı problemi bir daha gündəmə gətirir. Əməkadaşlarımız bu mövzuda araşdırma aparıblar.

Son vaxtlar dəm qazından zəhərlənmə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan ehtiyacının artması xoşagəlməz halı da bərabərində gətirir. Belə hadisələrindən biri də bu gecə Gəncə şəhərində baş verib. Gülüstan qəsəbindəki 5 mərtəbəli binada yaşayan 1 ailənin 5 üzvi dəm qazından zəhərlənib, onlardan 3-ü xəstəxanaya müraciət ediblər.

Suliddin Musayev  həkim: Mən növbədə olduğum vaxt 24-25-ə keçən gecə təxminən 03:07 radələrində 3 nəfər xəstə eyni ailənin üzvləri bizə müraciət etmişlər. Sorğu nəticəsində məlum olmuşdur ki, xəstə dəm qazından zəhərlənibdi. Həm 3 xəstəyə tibbi yardım göstərilib, intensiv terapiya aparılıb, yaxşı vəziyyətdə evə buraxılıb.

Dəm qazı qurbanları arasında hər yaş qrupundan insan var. Bu isə onu göstərir ki, hər birimiz belə hallara hazır olmalı, təhlükəsizlik qaydalarını bilməli və əməl etməliyik. Bir çox hallarda ölümlə nəticələnən iysiz və rəngsiz dəm qazından zəhərlənmə halı ilə üzləşməmək üçün  FHN-nin bu mövzudakı məsləhətlərinə əməl etməliyik.

Turqay Abbaslı FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi: Dəm qazı təhlükəsi ilə adətən küstər üsullarla hazırlanmış və standartlara uyğun olmayan qaz cihazlarından istifadə zamanı rast gəlinir. Belə ki, standartlara uyğu olmayan və küstər üsullarla hazırlanmış qaz cihazlarında yanma düzgün getmir və dəm qazı təhlükəsi yaradır. Ona görə də ilk növbədə fikir verməliyik ki, istifadə etdiyimiz qaz cihazı saz və standartlara hazır olsun. Bundan başqa ümumiyyətlə fikir vermək lazımdır ki, cihaz olan məkanın hündürlüyü 2 metr 20 sm dən az olmasın. Eyni zamanda hava çəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında vintaliyasiya borusu, qapının aşağısında  dəliklər olmalıdır. Fürsətdən istifadə edərək deyim ki, tüstü bacaları ildə 2 dəfə təmizlənməlidir.

Bədbəxt hadisələr baş verdikdə isə zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq. Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır?

Suliddin Musayev  həkim: Xəstə yüngül,orda, ağır dərəcədə təyin olunur. Yüngül dərəcədə halsızlıq, baş gicəllənməsi, ürək bulanması olur. Orta dərəcədə daha dərin baş gicəllənmə, ürək bulanması, huşun alatoranlığı, ağır dərəcədə isə komotuz vəziyyət qeydə alınır. Belə hallarda birinci növbədə əsasən xəstə hadisə yerindən kənarlaşdırılmalıdır. Xəstəxanadan kənar olduğu üçün elə olur ki, həkim iştirakı olmur. Xəstənin qohumları yaxınları bu işlə məşğul olurlar. Və xəstə xəstəxanaya daxil olarkən biirnci növbədə nəmlənmiş oksigen verilir, beyindaxili yol açılır və onlara antioksidantlar vurulur.

Həkimlər isə tövsiyə edilər ki, dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal " təcili yardım " çağırımaq məsləhət görülür. Hətta yüngül zəhərlənmələr olduqda belə mütləq həkim müayinəsindən keçilməlidir.

Aişə Rzayeva