• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 01.02.2017 15:11

Gəncədə mikroavtobus aşıb

KepezTV Player

Gəncədə yol qəzası baş verib. Hadisə Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Bakı istiqamətində hərəkət edən, içərisində iki ailənin 8 nəfər üzvü olan “Mercedes Vito” markalı mikroavtobus aşıb. Qəza zamanı 31 yaşlı Elşad Paşayev dünyasını dəyişib.  Ağcabədi rayon sakinləri 59 yaşlı Valodya Paşayev,  Sevil Paşayeva və nəvələri 18 yaşlı Röyal Gülmalıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib. 

Elbrus Elyazov- həkim: “Ağcabədi rayonunun Həzi Aslanov küçəsində yaşayan Valodya Paşayevin bədəninin müxtəlif yerlərində əzilmiş, sıyrılmış yaralar aşkar edilib. Həyat yoldaşı Sevil Paşayevaya alın nahiyəsinin çoxsaylı əzilmiş-sıyrılmış yarası və sağ mil bilək sümüyünün sınığı diaqnozu qoyulub. Kömək göstərilib. Halı kafi vəziyyətdədir. Nəvələri 18 yaşlı Röyal Gülmalıyevin boynunun sol hissəsində sıyrıntı var”.

Xəsarət alan Valodya Paşayevin sözlərinə görə, Ağcabədidən Gəncəyə qızıgilin evinə qonaq gəliblərmiş. Hadisə rayona geri qayıdan zaman olub.
Valodya Paşayev- xəsarət alan şəxs: “Gəncədən çıxanda maşın sürüşdü. Yol sürüşkən olub. Maşın aşdı, biz də düşdük maşının altına”. 

Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

Elnur Vahidoğlu