• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 16.10.2021 22:07

Təcrübə mərkəzində arıçılığın inkişafı müzakirə olunub

KepezTV Player

Türkiyənin arı mütəxəsisləri yerli fermerlər və elm adamları ilə birgə Goranboyda yerləşən arıçılıq mərkəzində olublar. Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlar arıçılıq sahəsi üzrə yeniliklər barədə fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçən görüşün gələcəkdə mütamadi olaraq təşkili də razılaşdırılıb.

Goranboy rayonun Faxralı kəndində yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq mərkəzində genofonda daxil olan arı növləri qorunur. Burada eləcə də xaricdən gətirilən arı cinslərinin yerli iqlimə uyğunlaşdırılması aparılır. Mərkəzdə əsasən Azərbaycan brendi olan Bozdağ Qafqaz arısının təmiz qanlısı üzərində tədqiqatı aparılır.

Qonaqlar arı pətəklərinə baxış apararaq ailənin gücü, ana arının varlığı və səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatını da yoxlayıblar. Ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır.

Çengiz Ceylan Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşı: Burada arıçılarımıza arıçılıq sahəsi üzrə olan yenilikləri eləcədə dünyada olan bütün prosesləri izah etdik. Həmçinin arıçılığın inkişafı üçün hansı işləri görülə biləcəyi haqqında da danışdıq. Düşünürəm ki, bu qarşılıqlı əməkdaşlıq üçün çox böyük əhəmiyyət daşıyacaqdır.

Məkəzin 1 ha-lıq ərazisində Türkiyədən gətirilən Lavanta bitkisi yetişdirilir ki, bu da arıçılıqda yaxşı yem bazası rolunu oynayır. Həmçinin burada 50-dən çox müxtəlif kol və ağac növləri əkilərək arıların qidalanması üçün hazırlanıb.

Samir Mahmudov  Arıçılıq mərkəzinin direktoru: Arıçılıq sahəsində arıların yem təminatı istiqamətində qeyri ənənəvi olan lavanda və digər bitkilərlə tanışlıq oldu. Eyni zamanda burada 5 cins üzərində elmi təcrübələr gedir ki,  bunlardan 1 yerli qalanı isə xarici olan arı növləridir. Gələcəkdə digər arı cinsləri üzərində də elmi təcrübələr aparılacaqdır.

Fariz Salmanov  arıçı: Mən burda arıçılıqda müxtəlif turşularla dərmanlama üsullarını öyrəndim. Mum güvəsi adlı həşarat var ki, o ziyan vurur. Burda öyrəndim ki, onunla qarşı necə mübarizə aparmaq olar. Ümumilikdə qarşlıqlı söhbətlər etdik.

Ölkədə 520 min arı ailəsindən ildə 7 min tona yaxın  bal alınır. Arıçılığın inkişafı məqsədilə saxlanılan hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya.

Elnur Vahidoğlu